son dəqiqə SON DƏQİQƏ
"Marafon"da daha bir hücumçu İdmançılarımız medal qazana bilmədilər - Azərbaycan I Liqası: II və III turun oyun cədvəlləri açıqlanıb "Şəmkir"dən günün ikinci transferi İsrail mediasının qorxduğu ssenari: "Sabah" ilk qolu vursa..." Bölgə klubunda yeni əməkdaşlıq "Qarabağ" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb - "Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi

Çempionlar Liqası: "Sabah"ın potensial rəqibləri bilindi

Bölmə adı Futbol
Yayımlandı 12-05-2026, 15:51

Azərbaycan çempionu adını təmin edən "Sabah" tarixində ilk dəfə ölkəmizi UEFA-nın Çempionlar Liqası yarışında təmsil edəcək.


Sport1.az-ın xəbərinə görə, litvalı mütəxəssis Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda 2026/27 mövsümündə mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq.


 Bu mərhələdə ümumən 28 komanda çıxış edəcək və onlar hər birində 14 olmaqla iki səbətə bölünəcəklər. "Sabah"ın reytinq xalı az olduğundan "səpələnməmişlər" səbətində yer alacaq. Artıq Azərbaycan çempionunun potensial rəqibi olacaq 14 komandadan 10-u məlumdur.


Ətraflı


Bunlar "səpələnmişlər" səbətinə düşən “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları) və “Flora”dır (Estoniya).


Daha 4 rəqib isə hələlilk qeyri-müəyyəndir. Bu səbətə “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels), “İnter Eskaldes”in (Andorra), Ermənistan çempionu, Rumıniya çempionu və Macarıstan çempionunun düşmək ehtimalı da var.


Püşkatmada Azərbaycan və Ermənistan çempionları bir-birinə rəqib ola bilməzlər. 


UEFA Çempionlar Liqasında 1-ci mərhələnin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.


"Sabah" təsnifat mərhələsində ev oyunlarını Masazır qəsəbəsindəki stadionda keçirəcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR