15:11 12.05.2026 37

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını (Sustainability Report) ictimaiyyətə təqdim edib.


Sport1.az xəbər verir ki, bu mühüm addım klubun idman sahəsi ilə yanaşı sosial məsuliyyət, ekoloji yanaşma və müasir idarəetmə prinsipləri istiqamətində də lider mövqeyini bir daha təsdiqləyir.


Bu təşəbbüs təkcə Azərbaycanda deyil, bütövlükdə regionda bir ilkdir. “Qarabağ” eyni zamanda,Avropa komandaları arasında da bu istiqamətdə hesabat hazırlayan qabaqcıl klublardan biri kimi
fərqlənir.



Təqdim olunan hesabatda klubun aşağıdakı istiqamətlər üzrə fəaliyyəti geniş şəkildə əks olunub:
* Ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması
* Sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri və icma ilə əlaqələr
* Korporativ idarəetmə və şəffaflıq prinsipləri



Hesabat, həmçinin klubun gələcək inkişaf strategiyasını, beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımları və uzunmüddətli dayanıqlılıq hədəflərini əhatə edir.



Qeyd edək ki, hesabat klubumuzla əməkdaşlıq çərçivəsində dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan “Deloitte”un dəstəyi ilə hazırlanıb. Şirkət xüsusilə dayanıqlılıq hesabatlarının hazırlanması, ESG (Environmental, Social, Governance) standartlarının tətbiqi və korporativ şəffaflığın artırılması istiqamətində beynəlxalq təcrübəsi ilə tanınır. “Qarabağ” ilə əməkdaşlıq çərçivəsində “Deloitte” hesabatın beynəlxalq standartlara uyğun strukturlaşdırılması, məlumatların düzgün ölçülməsi və təqdim olunması, eləcə də qlobal hesabatlılıq prinsiplərinə inteqrasiya prosesinə metodoloji dəstək göstərib. Bu tərəfdaşlıq sənədin etibarlılığını və beynəlxalq səviyyədə qəbul olunma potensialını daha da artırır. Xatırladaq ki, “Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşıdır.



Klubumuz bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının dəstək göstərərək qlobal iqlim hədəflərinə töhfə vermək öhdəliyini təsdiqləyir.



Klubumuzun prezidenti Tahir Gözel dayanıqlılıq hesabatının yalnız görülən işləri deyil, həm dəillər ərzində formalaşdırılan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirdiyini bildirib: “Bu hesabat illər ərzində formalaşdırdığımız dəyərlərin, məsuliyyət anlayışımızın və gələcəyə baxışımızın əyani ifadəsidir. Burada gördüyümüz işlərlə yanaşı, inandığımız prinsipləri və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti əks etdiririk. Bu təşəbbüs klubumuz üçün, Azərbaycan üçün, bütövlükdə region üçün bir ilkdir. Hesabatdakı hər bir məqam real fəaliyyətlərə, ölçülə bilən nəticələrə əsaslanır. Biz inanırıq ki, bu yanaşma regionda fəaliyyət göstərən digər klublar üçün də istinad nöqtəsinə çevriləcək və dayanıqlı inkişafın yeni mərhələsinə təkan verəcək. Sözügedən hesabat, həmçinin COP29 çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin bir hissəsidir. Şübhəsiz ki, bu, ilk hesabatımızdır və biz bu istiqamətdə ilkin addımlarımızı atmağa başlamışıq. İnanırıq ki, növbəti hesabatlarda daha ətraflı, inkişafyönümlü və müqayisə oluna bilən nəticələr də öz əksini tapacaq”.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:25

Çimərlik güləşi üzrə ölkə çempionatı keçirilib

23:47

DÇ-2026: Almaniya - Paraqvay - HEYƏTLƏR

23:32

“Zirə” Türkiyə klubu ilə qarşılaşacaq

23:03

Braziliya 1/8 finalda, Almaniya və Niderlandın DÇ-də növbəti sınağı - YENİLƏNİR

22:36

Haaland La Liqa klubuna keçmək istəmir

21:58

“Trabzonspor”dan “Zenit”ə

21:35

Cüdoçularımızdan Avropa Çempionatının ilk günündə 5 medal

20:43

DÇ-2026: Braziliya - Yaponiya - HEYƏTLƏR

20:35

Tennis üzrə Bakı Şəhər Birinciliyi başa çatıb

20:18

“Siti”nin sabiq futbolçusu karyerasını başa vurdu

19:54

Yaponiya millisində ciddi itki

19:33

Gimnastlarımızdan Dünya Kubokunda 2 qızıl medal

19:12

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

18:56

İspaniya millisinin sabiq üzvü klub sahibi oldu

18:26

“Qarabağ”ın sabiq üzvü İtaliya klubunun hədəfində

18:26

İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşib

18:00

“Napoli” Premyer Liqa klublarına "yox" dedi

17:40

Levandovskinin karyerasında yeni mərhələ

17:40

Adil Şükürov Premyer Liqa klubunda - ÖZƏL

17:30

"Qəbələ"dən mövsümün ilk transferi - RƏSMİ

17:25

“Barselona”nın futbolçusu “Beşiktaş”ın hədəfində

17:21

“Mançester Siti”nin yeni baş məşqçisi bəlli olub

17:17

Kəmər dərəcələri üzrə növbəti imtahan

17:00

"İmişli" Kaşkilya ilə vidalaşdı - RƏSMİ

16:48

Pley-off öncəsi “qapı” həyəcanı

16:40

Uels millisinin üzvü Londondan “Lid”sə köçür

16:29

"Barselona"nın sabiq futbolçusu Türkiyə yolunda

15:50

56 illik rekord təkrarlandı

15:32

Afrikalı futbolçu PSJ-də

15:05

Millinin baş məşqçisi istefa verdi

14:49

Reşford təklifi rədd etdi

14:21

"Araz-Naxçıvan"ın hazırlıq planı

14:04

"Neftçi" ukraynalı ilə danışıqlara başladı

13:52

Fransalı vingerdən “Liverpul”a “yaşıl işıq”

13:32

İngiltərə nəhəngində ciddi itki

13:03

"Sabah"dan ayrıldı, I Liqa klubuna keçdi

12:49

Prezident sərt tənqid etdi, baş məşqçi istefa verdi

12:29

Montellanın Türkiyə millisindəki taleyi bilindi

12:02

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

11:50

Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

11:33

PSJ-də yeni qapıçı

11:03

İngiltərəli futbolçu "Milan"a təklif olundu

10:49

Messi və Ronaldunun rekordunu təkrarladı

10:31

Afrikalı qapıçıdan rekord

10:10

"Neftçi" Sloveniyaya 27 futbolçu ilə yollandı - SİYAHI

09:50

Ramil Şeydayev Rusiya klubuna keçə bilər

09:29

İspaniya nəhəngi Harri Keyni istəyir

09:00

Federasiya prezidenti istefa verdi

01:00

DÇ-2026: Pley-offa yüksələn ilk komanda bilindi - YENİLƏNİB

23:36

Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb

23:07

Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu

22:40

Bu millinin baş məşqçisi istefa verdi

21:54

Millimiz Çin Qran-Prisini 4 medalla başa vurdu

21:39

“Sabah” Macarıstan klubu ilə heç-heçə etdi

20:52

Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər bəlli oldu

19:37

“Turan Tovuz”un yay hazırlıq planı bəlli oldu

18:43

“Qarabağ”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU

17:31

Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş təşkil olunub

16:28

Şahmatçılarımız Vətənə qayıdıb

15:30

“Çelsi”nin futbolçusu İtaliya klubunun hədəfində

14:20

Verdinub: “Yeni müqaviləyə tərəddüd etmədən razılıq verdim”

14:03

“Sabah” Macarıstan klubuna qarşı

12:50

Daha bir futbolçu komandada qaldı

12:46

“Əl-Əhli”dən 25 milyonluq transfer

12:29

Baş məşqçinin yoxluğu az çəkdi

11:33

Qurban Qurbanov: “Bu istəklə və templə davam edəcəyik”

10:38

Millinin heyətində istefa

09:56

DÇ-2026: Qrup matçlarına yekun vuruldu

09:30

DÇ-2026: Növbəti mərhələyə yüksələn komandalar müəyyənləşdi

09:09

İngiltərə, Qana və Xorvatiya 1/16 finalda