Ançelotti "Real"dan gedir

Bölmə adı Futbol / İspaniya
Yayımlandı 17-04-2025, 18:03

“Real" bu mövsüm başa çatmamış baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayıra bilər.

Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, buna komandanın Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə “Arsenal”ına uduzaraq, mübarizəni dayandırması səbəb olub.

İddiaya görə, 65 yaşlı italiyalı mütəxəssis aprelin 26-da İspaniya Kral Kubokunda "Barselona" ilə keçiriləcək final oyunundan sonra postunu tərk edəcək.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayından "Real"ı çalışdırır. O, daha əvvəl 2013-2015-ci illərdə Madrid klubunda işləyib.

Müəllif: Sport1.az