
Futbol üzrə Danimarka Superliqasında 31-ci turun oyunları keçirilib.
Sport1.az xəbər verir ki, lider "Orhus" səfərdə "Brondbi"ni 2:0 hesabı ilə məğlub edib.
Yakob Poulsenin rəhbərlik etdiyi komanda mövsümün bitməsinə bir tur qalmış xallarını 50-yə yüksəldib və ən yaxın izləyicisi "Midyullann"ı 4 xal qabaqlayır.
"Orhus" tarixi ərzində 6-cı dəfə Danimarka çempionu olub. Orhus şəhərinin təmsilçisi sonuncu dəfə 40 il əvvəl bu titulu qazanıb.