"Sabah" "Mançester Siti"yə uduzdu

Bölmə adı Futbol
Yayımlandı 17-04-2025, 15:25

Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib.

Sport1.az xəbər verir ki, “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər.

Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.

Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Komandamızın qolunu Ayxan İbadov vurub.

Müəllif: Sport1.az