18:36 5.05.2026 29

Vernidub: “Həyat bumeranqdır”

Misli Premyer Liqasının XXX turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:


“Qarabağ”la ikinci oyundan sonra uşaqlarda böyük emosiyalar ortaya çıxdı. Bu oyun üçün çox həyəcan keçirdim. Məşqçilər heyəti olaraq bunun öhdəsindən gələ bildik. Futbolçulara da minnətdaram".


– “Neftçi”nin avrokuboklara vəsiqə məsələsi məhz sizin ev oyunlarınızı keçirdiyiniz arenada müəyyənləşəcək. Həmin oyundan – kubokun finalından gözləntiləriniz nədir?
– Qarşıda üç oyun var və bunlar bizim üçün finaldır. Bütün futbolçular başa düşür ki, hər matçda maksimum nəticə göstərməliyik. Kubokun finalından da çox şey asılı olacaq. Titulu kim qazanacaq? Zaman göstərəcək. Öz oyunlarımız da vacibdir. Sona qədər mübarizəmizi davam etdirəcəyik.


– Falaye Sakoya nə vermişdiniz ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdi?
– Ona təşəkkür edirəm, peşəkar futbolçudur. Bir oyunda yox, bütün matçlarda səviyyəsini ortaya qoymalıdır. Fransa çempionatında da oynayıb və yaxşı təcrübəsi var. Ona nə deyim? Afərin!


– Məşqçi kimi böyük yol keçmisiniz. Müharibə vaxtı ölümlə üzbəüz olmusunuz. Amma ötən oyundan sonra çox həyəcanlı olduğunuzu demişdiniz. Bu, matça görə idi, ya başqa səbəbi oldu?
– Başqa səbəb yox idi. Sadəcə 1:5 hesablı məğlubiyyət mənim üçün sarsıdıcı idi. Bundan sonra söz tapa bilmirdim. Ona görə də, ikinci oyunda fərqli çıxış etdik. Qələbədən sonra emosiyalar fərqli idi və buna görə də suallara cavab vermək istəmədim. “Neftçi” kimi tarixi olan komandada işləmək isə şərəfdir. Klubda çalışaraq futbolçulara, azarkeşlərə və rəhbərliyə böyük hörmətim var. Oyunçular da “Neftçi”də olmağın üstünlüyünü dərk etməlidir. Hər zaman peşəkar oynamalıdırlar ki, bu kluba layiq olsunlar.


– Transfer məsələlərində planlarınız hazırdır?
– Transferlər barədə danışmamışam. Kim hansı oyunçunun adını çəkirsə, özü də danışsın. Vaxtı gələndə hər şeyi özüm deyəcəyəm. Yazırlar ki, hansısa futbolçu ilə münaqişə etmişəm, amma bu, doğru deyil. Transfer işlərində çox diqqətli olacağıq.


– “Neftçi”nin “üçlük”dən kənarda qalmasının səbəbi mövsümün əvvəlində itirilən xallardır, yoxsa hakim qərarları?
– Bu barədə şərh vermək istəmirəm. Komanda məndən əvvəl də çoxlu xallar itirmişdi. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt”la oyundakı heç-heçələr mənim də vaxtımda olub. Çalışırıq ki, hər oyunda maksimum nəticə qazanaq. Komandada müsbət dəyişikliklərə nail olmuşuq. Ən böyük arzumdur ki, “Neftçi” layiq olduğu yerlərdə olsun.


– Kubokun finalını stadiondan izləyib, “Sabah”a azarkeşlik edəcəksiniz?
– Dəqiq bilmirəm. “Sabah”a və ya “Zirə”yə azarkeşlik etməyim doğru olmaz. Güclü olan qalib gəlsin. Düzdür, “Sabah”ın qələbəsi bizə daha uyğundur, amma hansısa rəqibimizə pis bir şey arzu edə bilmərəm. Həyat bumeranqdır.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

22:13

DÇ-2026: İngiltərə 1/8 finalda

21:58

“Qarabağ”dakı kardinal dəyişikliklərin səbəbi budur - MÜTƏXƏSSİS RƏYİ

21:13

“Sabah”dan növbəti transfer - RƏSMİ

20:57

Millimiz Tacikistanı məğlub etdi

20:33

Yığmamızın ev oyunlarının məkanları açıqlanıb

20:13

“Sabah”dan ayrıldı - RUSİYA KLUBUNA KEÇDİ

19:52

Diniyev “Kəpəz”də - ÖZÜ AÇIQLADI

19:23

DÇ-2026: İngiltərə - Konqo - HEYƏTLƏR

18:58

Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

18:26

“Neftçi” səfər formasını təqdim etdi

18:00

Gəncə təmsilçisində yeni müqavilə

17:50

Tanınmış futbolçu klubsuz qaldı

17:31

Niderland millisi Arne Slota tapşırılır?

17:26

"Şəfa"dan ilk legioner transferi - RƏSMİ

17:07

"Beşiktaş"da ayrılıq - RƏSMİ

16:50

"Qarabağ" böyük hesabla uduzdu

16:29

Klub tarixinin transfer rekordu

16:15

İdmançılarımızın yeni reytinqi - SİYAHI

16:06

"Liverpul"dan transfer - RƏSMİ

15:47

"Barselona"da yeni müqavilə - RƏSMİ

15:31

Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina etdi

15:05

Millimizin oyunlarından biri Bakıda, digəri Gəncədə

14:50

17 qolsuz oyun

14:27

UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi

14:04

Dünya çempionatında 1/8 final üçün daha üç oyun

13:49

“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri

13:31

"Liverpul" və "Arsenal" istəyir, PSJ yox deyir

13:03

AFFA rəsmisinə növbəti təyinat

12:50

Ən çox cəzalanan komanda və futbolçu

12:28

MPL-in ən yaşlı və gənc futbolçusu

12:02

Qazaxıstanda iki medal

11:49

Bakıda Çempionlar Gecəsi keçiriləcək

11:31

6 qat Fransa çempionuna ağır sanksiya

11:01

Mbappe Messini geridə qoydu

10:50

PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

10:29

40 ildən sonra

10:01

Ronald Kuman istefa verdi

09:45

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

09:15

DÇ-2026: Meksika rəqibinə şans vermədi

09:00

Fransa darmadağınla 1/8 finalda

00:28

Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ

23:58

“Neftçi”nin rəqibləri müəyyənləşdi

23:36

Ölkə çempionatına yekun vurulub

22:58

DÇ-2026: Norveç 1/8 finalda

22:31

UEFA “Fənərbaxça”nı cərimələdi

21:34

“Səbail”dən növbəti transfer - RƏSMİ

21:34

“Zirə” Türkiyə klubuna məğlub oldu

20:57

Cüdoçularımızdan Avropa Çempionatında daha iki medal

20:32

Braziliya millisinin üzvü Niderland klubunda

20:13

DÇ-2026: Fildişi Sahili - Norveç - HEYƏTLƏR

19:32

Fərid Qayıbov ”UFC Fight Night“da çıxış edən Azərbaycan idmançıları ilə görüşüb

19:15

“İnter”də üç ayrılıq - RƏSMİ

18:48

Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib

18:23

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

İtaliya nəhənginin istədiyi müdafiəçi

17:41

Bölgə təmsilçisindən "Səbail"ə

17:25

"Sabah"da ayrılıq - RƏSMİ

17:16

I və II Liqanın başlayacağı tarix

17:07

PSJ-də yeni müdafiəçi

16:49

İbrahimoviç Kumanı sərt tənqid etdi

16:27

"Neftçi" hazırlığın ikinci mərhələsinə start verdi

16:06

İtaliya klubunda ayrılıq

15:50

Millimizin futbolçuları məşqçiliyə başlayır

15:28

"Monako"nu İngiltərəyə dəyişirlər

15:05

"Bravo"dan "Qəbələ"yə transfer - RƏSMİ

14:48

Millilərimiz EEVZA çempionatında

14:30

Asim Xudiyevə UEFA-dan təyinat

14:04

Braziliyalı oyunçu Gəncə klubunda - RƏSMİ

13:50

Ölkədə istirahət günü elan edildi

13:29

Azərbaycanda şəhərin iki klubu birləşdirildi