son dəqiqə SON DƏQİQƏ
Azərbaycan I Liqası: II və III turun oyun cədvəlləri açıqlanıb "Şəmkir"dən günün ikinci transferi İsrail mediasının qorxduğu ssenari: "Sabah" ilk qolu vursa..." Bölgə klubunda yeni əməkdaşlıq "Qarabağ" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb - "Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a

Kaxaber Tsxadadze: “Son nöqtəni qoymaqda çətinlik çəkirik”

Bölmə adı Premyer Liqa
Yayımlandı 3-05-2026, 21:57

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Zirə"nin qonağı olan "Qəbələ" 0:1 hesablı məğlubiyyətə uğrayıb.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb:


"İlk növbədə "Zirə"ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir buradadır və yaxşı komanda yaradıb. Oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi, lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu məqam bizdə problem kimi var. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik".


- Son nöqtəni qoymaqda çətinlik çəkdiyinizi söylədiniz. Burada çatışmayan cəhət oyunçuların keyfiyyətidir, yoxsa...?

- Birinci növbədə bu psixoloji amildən irəli gəlir. Təbii ki, texniki cəhət də önəmli rol oynayır. Bu iki amil ümumilikdə keyfiyyət deməkdir. Özünəinamlı olmaq vacibdir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR