“Sabah” “Mançester Siti” ilə üz-üzə gələcək

Bölmə adı Azərbaycan
Yayımlandı 16-04-2025, 15:28

“Sabah”ın U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.

Sport1.az xəbər verir ki, təmsilçilərimiz bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.

U-13 komandamız turnirdə İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” komandaları ilə bir qrupda mübarizə aparacaq.

U-15 komandamız isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.

U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək. Matçlar sabah səhər saatlarında baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR