son dəqiqə SON DƏQİQƏ
Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi

Mahir Emreli: "Komanda yoldaşlarıma kömək etməkdən həzz alıram"

Bölmə adı Futbol
Yayımlandı 16-04-2025, 12:12

"Komanda yoldaşlarıma kömək etməkdən həzz alıram".

Sport1.az xəbər verir ki, bunu millimizin futbolçusu Mahir Emreli deyib.

“Nürnberq”də forma geyinən hücumçu Almaniya II Bundesliqanın hesabat turunda “Kayzerslautern”lə oyunda vurduğu qolla komandasına qələbə qazandırıb.

O, uzun müddətdir əsas heyətdə oynamaması və qol vurmaması haqda danışıb. “Bild” nəşrinə açıqlama verən 27 yaşlı futbolçu ilk 11-likdə yer almağının onun üçün xüsusi olduğunu deyib:

“Uzun müddətdən sonra start heyətində ilk oyunum idi. Bu, mənim üçün xüsusi bir məna kəsb edirdi.Komanda yoldaşlarıma kömək etməkdən həzz alırdım. Çətin oyun olacağını bilirdik. Komanda yoldaşlarım dedilər ki, Kayzerslauterndəki azarkeşlərin qarşısında oynamaq çətindir. Amma taktiki və mental cəhətdən yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, bu oyun bizə qarşıdakı matçlar üçün daha çox inam verir. Əgər psixoloji olaraq hazır olsaq, bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdu”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR