AFFA rəsmiləri UEFA-nın seminarında

Bölmə adı Futbol
Yayımlandı 15-04-2025, 17:07

UEFA-nın təşkilaçılığı ilə Portuqaliyanın paytaxtı Lissabonda UEFA Fitness kurslarının təşkilinə dair seminarlar keçirilir.

Sport1.az xəbər verir ki, tədbirdə AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov da iştirak edir.

Seminar aprelin 17-dək davam edəcək.

Müəllif: Sport1.az