
Azərbaycan Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb.
Sport1.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Əhməd Yusifov bürünc mükafata sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.