son dəqiqə SON DƏQİQƏ
İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu

"Nəticə o qədər də önəmli deyil"

Bölmə adı Futbol
Yayımlandı 15-04-2025, 14:50

“Komanda ilə bu il ikinci toplanışımızdır. İlk hazırlığımız ötən ay baş tutmuşdu”.

İdman.biz xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

O, Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində yerli komanda ilə keçirilən ilk oyundan (0:1) sonra fikirlərini AFFA-nın mətbuat xidmətinə bildirib:

“Bu dəfə 10 yeni futbolçu dəvət etmişik. UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır. Burada nəticə o qədər də önəmli sayılmır. Əsas odur ki, bütün futbolçular oynamaq şansı əldə etməlidirlər. Məqsəd onların inkişafına nail olmaqdır. Əlbəttə ki, futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var. Moldova yığması ilə dünənki matçda rəqibdən geri qaldığımız əsas tərəf son ötürmələr və həlledici zərbələr idi. Bunu yavaş-yavaş aradan qaldıracağımıza ümid edirəm. Burada 6 gün ərzində 3 oyun keçirməli olacağıq. Matçlar arasındakı iki günü futbolçuların bərpasına və növbəti görüşə hazır olmasına həsr edirik. Seçmə mərhələ oyunları oktyabrda olacaq. Ona qədər vaxtımız var. Bu müddətdə komandanı formalaşdırıb, seçmə mərhələdə uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində növbəti oyunlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya yığması ilə keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR