ABL: Pley-ində son oyunların vaxtı

Bölmə adı ABL
Yayımlandı 15-04-2025, 15:15

Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin üçüncü oyunlarının vaxtı bəlli olub.[/b]

[b]Sport1.az
xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Pley-offun son iki iştirakçısı aprelin 16-da müəyyənləşəcək. Sabahkı qarşılaşmalarda “Sumqayıt” “Sərhədçi”ni, “Abşeron” NTD-ni qəbul edəcək.

Qeyd edək ki, pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki oyunda qalib gəlib.

Azərbaycan Basketbol Liqası
Pley-in, 3-cü oyunlar
16 aprel
19:00. “Sumqayıt” – “Sərhədçi”
Sumqayıt OİK

19:00. “Abşeron” - NTD
Bakı İS

Müəllif: Sport1.az