son dəqiqə SON DƏQİQƏ
Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi

Premyer Liqada hücumçular niyə az qol vururlar?

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 15-04-2025, 00:16

Misli Premyer Liqasında 30-cu tur başa çatdı.

Çempionatın bitməsinə 6 həftə qalıb. Lakin bombardirlik yarışında güclü rəqabət yoxdur. Hazırda Premyer Liqanın ən sərrastı 14 qolla Leandro Andradedir. 4 dövrəli çempionatda bu göstərici olduqca azdır. Çempionatımızda hücumçular nə üçün boy göstərə bilmirlər? Komandalar kollektiv oyuna daha çox üstünlük verirlər? Yoxsa Premyer Liqamızda kifayət qədər keyfiyyətli forvardlar yoxdur?

Suallarımızı veteran futbolçu Samir Musayevə ünvanladıq. 2003/04 mövsümündə Azərbaycan çempionatında 20 qolla bombardir olan hücumçu məsələ ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Əsas səbəb futbolçuların keyfiyyəti ilə bağlıdır. Sanki irəli xətdə çıxış edən oyunçuların qol vurmaq həvəsləri, istəkləri azalıb. Həm də Premyer Liqamızda demək olar bütün klublar "9 nömrə" ilə oynayır və vinger oyunçulara üstünlük verirlər. Bu da müəyyən qədər forvardların işini çətinləşdirib. Yenə deyirəm, hücumçuların qol duyumu və keyfiyyəti yüksəkdirsə, fərqlənə biləcəklər. Əksi olanda gördüyünüz mənzərə yaranır".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR