Yunanıstanda çempion bəlli oldu

Bölmə adı Digər Liqalar
Yayımlandı 14-04-2025, 09:01

Futbol üzrə Yunanıstan Super Liqasının qalibi müəyyənləşib.

Sport1.az xəbər verir ki, "Olipiakos" 29-cu turda titula sahib çıxıb.

Komanda AEK-i 1:0 hesabı ilə məğlub edərək mövsümün sonuna üç tur qalmış çempionluğu təmin edib.

Bu, "Olimpiakos"un son üç il ərzində ilk, ümumilikdə isə 48-ci çempionluğudur. Klub bu göstərici ilə Yunanıstan çempionatının rekordçusudur.

Qeyd edək ki, ölkənin bütün digər klublarının birlikdə qazandığı çempionluqların sayı cəmi 41-dir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR