son dəqiqə SON DƏQİQƏ
İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu

"Mən 3 il sonranı düşünən məşqçi deyiləm"

Bölmə adı Futbol
Yayımlandı 12-04-2025, 16:39

"Barselona"nın baş məşqçisi Hansi Flik klubdakı gələcəyi haqda danışıb.

Sport1.az xəbər verir ki, alman mütəxəssis müqaviləsinin müddətini uzatmağa tələsmədiyini bildirib. 60 yaşlı məşqçi dünyanın ən yaxşı klubunda çalışdığını deyib:


"Mən 3 il sonranı düşünən məşqçi deyiləm. Dünyanın ən yaxşı klubunda çalışıram. Klubun hazırda içində olduğu durum o qədər də asan deyil. Amma burada olan hər kəs əlindən gələnin ən yaxşısını edir. Klubla 1 illik müqaviləm var. Əgər hər şey yolunda getsə, daha 1 il davam edərik. Mənim tərzim budur: addım-addım, ildən-ilə. Buradakı işimi ən yaxşı şəkildə tamamlamaq istəyirəm. Köməkçilərim də xoşbəxtdir. Qarşıda mövsümün vacib hissəsi gəlir. Öncə "Leqanes"lə, sonra "Borussiya" ilə oyunumuz var".


Qeyd edək ki, Hansi Flik mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Uğurlu mövsüm keçirən Kataloniya təmsilçisi La Liqada liderdir, Çempionlar Liqasında isə 1/4 finalın ilk matçında "Borussiya"nı 4:0 hesabı ilə məğlub edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR