ABL: Pley-in mərhələsinin ilk oyunu keçirildi

Bölmə adı ABL
Yayımlandı 10-04-2025, 16:07

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib.

Sport1.az xəbər verir ki, ilk oyun günündə "Gəncə" "Lənkəran"la qarşılaşıb.

Gəncə İdman Sarayında baş tutan görüş meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında növbəti matç aprelin 13-də keçiriləcək. Cütün qalibi 1/4 finalda "Şəki"nin rəqibi olacaq.

Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.

Müəllif: Sport1.az