son dəqiqə SON DƏQİQƏ

Zubirlə şəkil çəkdirən azarkeş "Qarabağ"ı ziyana saldı

Bölmə adı Premyer Liqa / Kubok
Yayımlandı 6-03-2026, 15:39

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sport1.az xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kubokunun 1/4 finalının cavab görüşləri ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


* 3 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);


* 4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilsin (maddə 86);


* 4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);


* 4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR