Cüdoçularımızın rəqibləri bəlli oldu

Bölmə adı Cüdo
Yayımlandı 5-03-2026, 19:23

Martın 5-də Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.


Sport1.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.


Qeyd edək ki, Azərbaycan yarışda 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 59 ölkədən 479 idmançı mübarizə aparacaq.


Kişilər


60 kq, 1/8 final

Murad Muradlı – Maksim Taran (Almaniya)


66 kq, 1/16 final

Ruslan Paşayev – Eran Fiks (İsrail) / Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə 

İslam Rəhimov – Andreas Prokop (Avstriya) / Alessio De Luka (İtaliya) cütünün qalibi ilə


81 kq, 1/32 final

Vüsal Qələndərzadə – Takahiro Yamaşina (Yaponiya)

81 kq, 1/16 final

Ömər Rəcəbli – Yohan Silot (ABŞ) / Benedek Tot (Macarıstan) cütünün qalibi ilə

 

+100 kq, 1/16 final

Camal Qamzatxanov – Uesli Qriniç (Böyük Britaniya) 

Uşanqi Kokauri – Yakub Sordil (Polşa)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR