
Portuqaliyanın "Benfika" komandasının baş məşqçisi Joze Mourinyo İspaniyada "Real"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu avtobusdan izləyib.
Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis "Santyaqo Bernabeu"dakı mətbuat otağına getməkdən imtina edib.
O, tərəflər arasındakı ilk matçda (0:1) qırmızı vərəqə aldğı üçün texniki zonada əyləşməyib.
Qeyd edək ki, "Real" cavab qarşılaşmasında rəqibini 2:1 hesabı ilə üstələyib.