
ABŞ prezidenti Donald Tramp “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldoya müraciət edib.
Sport1.az xəbər verir ki, ölkə rəhbəri sosial şəbəkə hesabında yayımladığı videoda portuqaliyalı ulduzu futbol tarixinin ən böyüyü adlandırıb.
“Ronaldo, sən bütün zamanların ən böyük futbolçususan. Sən bizə Amerikada lazımsan. Dərhal yola çıx, bizə təcili lazımsan”, – deyə o bildirib.