
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland futbol tarixinin iki böyük ulduzu barədə fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, norveçli futbolçu “Əl-Nəsr”in üzvü Kriştiano Ronaldo və “İnter Mayami”nin kapitanı Lionel Messinin uzunmüddətli karyerasına heyranlığını gizlətməyib. Haaland bildirib ki, hər iki oyunçu illərdir ən yüksək səviyyədə çıxış etməklə bütün futbolçular üçün nümunədir.
“Düşünürəm ki, bu planetdəki hər bir futbolçu üçün Kriştiano və Messi necə işləmək, necə yaşamaq və uzun illər yüksək səviyyədə qalmaq baxımından örnəkdir. Onların hər ikisi ilham verir. Kriştiano karyerası barədə daha çox şey göstərib. Bədəninə necə qulluq etdiyinə baxın – bu, inanılmazdır. Onun 40 yaşı var və hələ də yüksək səviyyədə oynaya bilir. Buna böyük hörmətlə yanaşıram. Bu, heç də asan deyil”, – deyə Haaland vurğulayıb.