
FİFA Şurası Rusiyanın beynəlxalq yarışlara qayıdışı məsələsini gündəmə salmaq niyyətində deyil.
Sport1.az xarici KİV-əistinadən xəbər verir ki, buna səbəb qurumun Avropa ölkələrindən gələcək mümkün tənqidlərdən yayınmaq istəməsidir. FİFA prezidenti Canni İnfantinonun son açıqlamalarına baxmayaraq, Şura bu mövzunu rəsmi şəkildə müzakirə etməyi planlaşdırmır.
Qeyd edək ki, İnfantino daha əvvəl Rusiyanın beynəlxalq turnirlərdən kənarlaşdırılmasının effektiv nəticə vermədiyini bildirmiş və qadağanın aradan qaldırılması məsələsinin nəzərdən keçirilə biləcəyini demişdi. Lakin FİFA rəhbərliyində bu mövqeni dəstəkləyən ümumi razılıq yoxdur.
Xatırladaq ki, Rusiya millisi və ölkə klubları 2022-ci ildən etibarən FİFA və UEFA-nın bayrağı altında keçirilən bütün beynəlxalq turnirlərdən kənarlaşdırılıb.