son dəqiqə SON DƏQİQƏ

"Difai" növbəti transferini açıqladı

Bölmə adı I Liqa
Yayımlandı 2-02-2026, 13:55

"Qarabağ"ın yetirməsi Nihad Əliyev komandasını dəyişib.


Sport1.az xəbər verir ki, o, I Liqa təmsilçisi "Difai"yə transfer olunub.


Bunu klubun mətbuat xidməti açıqlayıb. Müdafiəçi artıq kollektivə qoşulub.


Onun son klubu II Liqada mübarizə aparan "Quba" olub.


Qeyd edək ki, Əliyev "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. O, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR