son dəqiqə SON DƏQİQƏ

Azərbaycan Çempionatında 15-ci turun daha iki matçı baş tutacaq

Bölmə adı ABL
Yayımlandı 31-01-2026, 12:38

Bu gün Azərbaycan Basketbol Liqasının 15-ci turunda daha iki matç baş tutacaq.


Sport1.az xəbər verir ki, B qrupunda “Sumqayıt” doğma meydanda “Sərhədçi”ni qəbul edəcək. Görüşün start fiti saat 14:00-da səslənəcək.


Günün ikinci matçında isə A qrupunda “Abşeron Lions” “Sabah”la üz-üzə gələcək.


Qarşılaşma Bakı İdman Sarayında, saat 18:00-da başlayacaq.


Turnir cədvəlinin B qrupunda “Sumqayıt” 19 xalla dördüncü pillədə yer alıb. “Sərhədçi” isə 18 xalla sonuncu - altıncı sıradadır. A qrupunda isə “Sabah” 27 xalla birinci, “Abşeron Lions” isə 27 xalla ikincidir.


Qeyd edək ki, turun əvvəlki oyunlarında “Lənkəran” - “Ordu”nu (103:63), “Naxçıvan” isə “Quba”nı (82:70) məğlub edib.


Azərbaycan Basketbol Liqasında 15-ci tura fevralın 1-də yekun vurulacaq.

Müəllif: Zafar Hajili