
“Lənkəran” basketbol klubunda daha bir ayrılıq yaşanıb.
Sport1.az xəbər verir ki, cənub təmsilçisi amerikalı basketbolçu Bilal Şabaz ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. 25 yaşlı oyunçu mövsümün əvvəlində komandaya cəlb olunmuşdu.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl də heyətdə dəyişikliklər edib. Klub Ankit Çoudhari və Antoni Tseqekele ilə vidalaşıb, əvəzində isə kanadalı basketbolçu Rahem Sullivanı heyətinə qatıb.