son dəqiqə SON DƏQİQƏ

Rəhbərlikdən baş məşqçiyə XƏBƏRDARLIQ

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 30-01-2026, 11:42

Fevralın 5-də I Liqada fasilə başa çatır.


Çempionatın favoriti hesab olunan "Şəfa" ardıcıl 3 tur çətin rəqiblərlə qarşılaşacaq. "Leopardlar" "Baku Sportinq", "Səbail" və "Mingəçevir"lə üz-üzə gələcək. 


Sport1.az-a daxil olan məlumata görə, klub rəhbərliyi indidən baş məşqçi Elgiz Kərəmliyə bu oyunlarla bağlı xəbərdarlıq edib. "Şəfa" qeyd olunan rəqiblərdən 2-nə məğlub olsa, paytaxt təmsilçisi gənc mütəxəssislə yolları ayıracaq.


Redaksiyamıza daxil olan məlumata görə, klubun prezidentinin müşaviri Əfran İsmayılov indidən yeni baş məçqçi axtarışlarına başlayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR