son dəqiqə SON DƏQİQƏ

I Liqa təmsilçisindən nümunəvi addım

Bölmə adı I Liqa
Yayımlandı 29-01-2026, 21:38

“Baku Sportinq” sosial layihə çərçivəsində növbəti dəfə xeyirxah addım atıb.


Sport1.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçuları “Nur” Uşaq Evində yaşayan uşaqları ziyarət ediblər.


Görüş zamanı komanda üzvləri uşaqlarla əyləncəli oyunlar oynayıb, onları maraqlandıran sualları cavablandırıblar. Balacalara müxtəlif hədiyyələr də təqdim olunub.


Sonda uşaqlarla xatirə fotosu çəkdirilib.


Qeyd edək ki, “Baku Sportinq” “Nur” Uşaq Evini mütəmadi olaraq ziyarət edir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR