son dəqiqə SON DƏQİQƏ

Azərbaycan Çempionatında iki matç keçiriləcək

Bölmə adı ABL
Yayımlandı 29-01-2026, 13:11

Bu gün Azərbaycan Basketbol Liqasında iki matç keçiriləcək.


Sport1.az xəbər verir ki, 15-ci turun B qrupunda bir görüş baş tutacaq.


“Lənkəran” doğma meydanda “Ordu”nu qəbul edəcək. Oyun Lənkəran Olimpiya İdman Kompleksində saat 15:00-da start götürəcək.


Turnir cədvəlində “Ordu” hazırda B qrupunda 27 xalla liderdir. 18 xala malik “Lənkəran” isə sonuncu - altıncı pillədə qərarlaşıb.


11-ci turdan təxirə salınmış oyunda isə A qrupunda NTD “Gəncə” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.


Turnir cədvəlində “Gəncə” A qrupunda 18 xalla dördüncü pillədədir. Sonuncu - altıncı yerdə qərarlaşan NTD-nin isə 15 xalı var.


Qeyd edək ki, 15-ci tura fevralın 1-də yekun vurulacaq.

Müəllif: Zafar Hajili