son dəqiqə SON DƏQİQƏ

AFFA çempionatda komanda sayını artırır – ÖZƏL

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 26-01-2026, 21:13

AFFA I Liqa ilə bağlı mühüm qərar verib.


Sport1.az-a daxil olan məlumata görə, federasiya 2026/27 mövsümündən etibarən bu çempionatda iştirak edəcək komandaların sayını artırıb. Qərara əsasən, həmin mövsümdə I Liqada 12 kollektiv mübarizə aparacaq.


Hazırda I Liqada 10 komanda çıxış edir. Komandaların sayının artırılması liqada rəqabətin güclənməsi və bölgə klublarının peşəkar futbola daha geniş cəlb olunması məqsədi daşıyır.


Bu qərarla bağlı məlumat artıq II Liqa klublarına çatdırılıb. Belə ki, mövsümün sonunda II Liqada 1-ci və 2-ci yerləri tutan komandalar birbaşa I Liqaya yüksələcək. 4-cü pillənin sahibi isə I Liqada 9-cu yeri tutan kollektivlə pley-off qarşılaşmasına çıxacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR