son dəqiqə SON DƏQİQƏ

Azərbaycan çempionatında daha iki oyun keçiriləcək

Bölmə adı ABL
Yayımlandı 23-01-2026, 13:11

Bu gün Azərbaycan Basketbol Liqasında 14-cü turun daha iki matçı baş tutacaq.


Sport1.az xəbər verir ki, günün ilk oyunu B qrupunda yer alan “Quba” ilə “Lənkəran” arasında keçiriləcək.


Qarşılaşma Quba Olimpiya Kompleksində saat 15:00-da start götürəcək.


Günün ikinci görüşündə B qrupunda yer alan “Sərhədçi” “Naxçıvan”la üz-üzə gələcək. Matç “Sərhədçi” İdman Mərkəzində saat 20:00-da başlayacaq.


Qeyd edək ki, 14-cü tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Ordu”nu məğlub edib - 100:96.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR