
PSJ Çempionlar Liqasında son 12 ildə ilk dəfə Avropanın “böyük beşlik” liqalarına daxil olmayan rəqibə uduzub.
Sport1.az xəbər verir ki, Paris təmsilçisi Liqa mərhələsinin 7-ci turunda səfərdə Portuqaliyanın “Sportinq” komandası ilə görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib. Bununla da fransızlar üçün uzun müddət davam edən seriya qırılıb.
PSJ sonuncu dəfə Çempionlar Liqasında “böyük beşlik”dən kənar klubla oyunda 2013-cü ilin dekabrında uduzmuşdu. Həmin vaxt Paris klubu yenə Portuqaliya təmsilçisi – “Benfika” qarşısında 1:2 hesablı məğlubiyyət almışdı.
“Sportinq”lə qarşılaşmaya qədər Fransa çempionunun “böyük beşlik” liqalarından olmayan komandalarla Çempionlar Liqasındakı məğlubiyyətsiz seriyası 32 oyuna çatmışdı. Bu göstərici Lissabon səfərində qeydə alınan nəticə ilə başa çatıb.