son dəqiqə SON DƏQİQƏ

Mane vidalaşdığını açıqladı

Bölmə adı Digər turnirlər
Yayımlandı 19-01-2026, 18:33

Seneqal millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Sadio Mane Afrika Millətlər Kubokunda bir daha oynamayacağını açıqlayıb.


Sport1.az xəbər verir ki, 33 yaşlı forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Təəssüf ki, bu, mənim Afrika Millətlər Kubokundakı son rəqsimdir. Amma mən həmişə Seneqala azarkeşlik edən 12-ci oyunçu olaraq qalacağam”.


Xatırladaq ki, başa çatan turnirin finalında Seneqal yığması Mərakeşi 1:0 hesabı ilə məğlub edib. Bununla da Mane Afrika Millətlər Kubokunu ikinci dəfə qazanıb.


Qeyd edək ki, növbəti yarış 2027-ci ildə keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR