
FİFA prezidenti Canni İnfantino Afrika Millətlər Kubokunun finalında Seneqal millisinin nümayəndələrini tənqid edib.
Sport1.az xəbər verir ki, funksioner Mərakeşlə qarşılaşmada bəzi oyunçuların və texniki heyət üzvlərinin meydanı tərk etməsini yolverilməz sayıb: “Biz Seneqal millisinin bəzi oyunçularının və texniki heyət üzvlərinin davranışını qətiyyətlə qınayırıq. Meydanı bu cür tərk etmək qəbuledilməzdir”.
Xatırladaq ki, Seneqal yığmasının baş məşqçisi Pap Tiyav komandasını son dəqiqələrdə onların qapısına təyin olunan mübahisəli penaltiya etiraz əlaməti olaraq meydandan çıxarıb. Təxminən 15 dəqiqədən sonra kollektiv yenidən meydana qayıdıb.
Qeyd edək ki, həmin epizoddan sonra qapıçı Eduard Mendi Braim Diasın 11 metrlik zərbəsini dəf edib. Əsas vaxt 0:0 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə Papa Qeyenin qolu komandasına 1:0 hesablı qələbə və turnirin kubokunu qazandırıb.