son dəqiqə SON DƏQİQƏ

“Sabah”dan 9 qolluq darmadağın

Bölmə adı Premyer Liqa / I Liqa
Yayımlandı 17-01-2026, 18:23

Premyer Liqa təmsilçisi “Sabah” yoxlama oyununda I Liqada çıxış edən “Mingəçevir”lə qarşılaşıb.


Sport1.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.


“Bayquşlar”ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Rahmonaliyev (pen.), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısına vurub.

Müəllif: Zafar Hajili