son dəqiqə SON DƏQİQƏ

“Difai” sabiq futbolçusunu geri qaytardı

Bölmə adı I Liqa
Yayımlandı 16-01-2026, 19:26

I Liqası təmsilçisi “Difai” heyətini tanış futbolçu ilə gücləndirib.


Sport1.az xəbər verir ki, bu barədə Ağsu klubunun mətbuat xidməti məlumat yayıb. Komanda Seymur Rəhimovu yenidən heyətinə qatıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu 2023/24 mövsümündə də “Difai”nin formasını geyinib.


Qeyd edək ki, Rəhimovun son klubu “Şəfa” olub.

Müəllif: Zafar Hajili