son dəqiqə SON DƏQİQƏ

Bölgə klubu Bakıda toplanır

Bölmə adı I Liqa
Yayımlandı 16-01-2026, 13:32

I Liqa təmsilçisi “Mingəçevir” növbəti hazırlıq mərhələsinə start verir.


Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda yanvarın 16-dan 21-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Toplanış zamanı futbolçuların fiziki və taktiki hazırlığına xüsusi diqqət yetiriləcək.


Hazırda klub 7 futbolçu ilə yollarını ayırıb. Eyni zamanda heyəti gücləndirmək istiqamətində addımlar da atılıb. Artıq 5 yeni futbolçu ilə ilkin razılıq əldə olunub, bir neçə oyunçu ilə danışıqlar isə yekun mərhələdədir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR