son dəqiqə SON DƏQİQƏ
Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək - İdmançılarımız Avropa Çempionatına hazırlığı Gəncədə davam etdirirlər AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirin qalibi müəyyənləşib - Birinciliyin qalibi müəyyənləşib

Azərbaycan Cüdo Federasiyası hakimlər üçün yeni qaydalar üzrə seminar təşkil edib

Bölmə adı Cüdo
Yayımlandı 15-01-2026, 15:54

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi qaydalardakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib.


Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.


Bildirilib ki, seminar ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunub.


Tədbirdə aşağıdakı mövzular üzrə ətraflı müzakirələr aparılıb, yeniliklər izah edilib və dəyişikliklər əyani şəkildə nümayiş etdirilib:


- yuko xalının hansı vəziyyətlərdə verilib-verilməməsi ilə bağlı yeniliklər;


- kumikatanın qırılması zamanı icazə verilən hallar və şido cəriməsinin tətbiq olunma meyarları;


- vaxtı uzatmağa görə veriləcək şido cərimələri;


- uşiro-sankaku texnikasının tətbiqi zamanı nəzərə alınacaq nüanslar;


- passivliklə bağlı şido cəriməsinin verilməsində yeniliklər;


- görüş zamanı tibbi müdaxilə ilə bağlı dəyişikliklər.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR