son dəqiqə SON DƏQİQƏ

“Səbail” ilk transferini reallaşdırdı

Bölmə adı I Liqa
Yayımlandı 13-01-2026, 14:07

“Səbail” qış fasiləsində ilk transferini həyata keçirib.


Sport1.az xəbər verir ki, paytaxt təmsilçisi hücumçu Ruslan Voronsovu heyətinə qatıb. Cari mövsümün ilk yarısını “Şahdağ Qusar”da keçirən futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.


30 yaşlı hücumçu “Səbail”də 9 nömrəli forma ilə çıxış edəcək. O, cari mövsümdə meydana çıxdığı oyunlarda 7 qola imza atıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR