son dəqiqə SON DƏQİQƏ

Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli oldu

Bölmə adı Digər turnirlər
Yayımlandı 11-01-2026, 12:11

Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.


Sport1.az xəbər verir ki, ötən gün 1/4 final mərhələsinin son qarşılaşmaları baş tutub. Günün ilk oyununda Nigeriya yığması Əlcəzair millisini 2:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Digər görüşdə isə Misir komandası dramatik oyunda Kot-d’İvuar üzərində 3:2 hesablı qələbə qazanıb.


Xatırladaq ki, daha əvvəl Seneqal və Mərakeş yığmaları da yarımfinala yüksəlmişdi. Beləliklə, finala gedən yolda Nigeriya Mərakeşlə, Misir isə Seneqalla qarşılaşacaq.


Yarımfinal mərhələsinin oyunları yanvarın 14-də keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR