son dəqiqə SON DƏQİQƏ

Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar bəlli oldu

Bölmə adı Digər turnirlər
Yayımlandı 10-01-2026, 12:47

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib.


Sport1.az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşmasında Mali və Seneqal milliləri üz-üzə gəlib. Matçda minimal hesablı qələbə qazanan Seneqal yığması turnirdə ilk yarımfinalçı olub – 1:0.


Günün növbəti oyununda Kamerun Mərakeşlə qarşılaşıb. Turnirə ev sahibliyi edən Mərakeş millisi bu görüşdə üstün oyun nümayiş etdirərək 2:0 hesablı qələbə qazanıb və adını yarımfinal mərhələsinə yazdırıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR