son dəqiqə SON DƏQİQƏ

Autsayderdən ayrıldı, iddialı kluba keçdi

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 9-01-2026, 18:09

Xəbər verdiyimiz kimi, Roman Hüseynov “Difai”dən ayrılıb.


Sport1.az-a daxil olan məlumata görə, yarımmüdafiəçi karyerasını yenə I Liqada davam etdirəcək. 28 yaşlı futbolçu “Səbail”lə anlaşıb. O, mövsümün qalan hissəsini paytaxt təmsilçisində keçirəcək. Müqavilənin detalları barədə ətraflı məlumat yoxdur.


Qeyd edək ki, Roman Hüseynov daha əvvəl “Qəbələ”, “Kəpəz”, “Sumqayıt”, “Mingəçevir”, “Şamaxı” və “Karvan-Yevlax” klublarında da çıxış edib.


Məlumat üçün bildirək ki, I Liqada 12 turdan sonra “Difai” 9 xalla 9-cu pillədə qərarlaşıb. “Səbail” isə 22 xalla turnir cədvəlinin 3-cü sırasında yer alır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR