"Mingəçevir" Füzuli Məmmədovla yolları ayırır? - BƏYANAT

Bölmə adı I Liqa
Yayımlandı 4-04-2025, 22:01

Bəzi media orqanlarında "Mingəçevir"in baş məşqçi Füzuli Məmmədovla yolları ayıracağı ilə bağlı xəbərlər yayılmışdı.

Sport1.az xəbər verir ki, "işıqçılar"ın mətbuat xidməti məsələ ilə bağlı rəsmi bəyanat yayıb:

"Son günlər komandamızın baş məşqçisi Fizuli Məmmədovun postunu tərk edəcəyi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb. "Mingəçevir" olaraq bəyan edirik ki, klub bu ilin yanvarında 3 illik müqaviləyə imza atan çalışdırıcının fəaliyyətindən məmnundur və onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR