son dəqiqə SON DƏQİQƏ

Premyer Liqa təmsilçilərinin futbolçuları Afrika Millətlər Kubokunda qələbə qazandı

Bölmə adı Premyer Liqa / Digər turnirlər
Yayımlandı 27-12-2025, 22:22

“Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini və “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeydanın formasını geyindiyi Benin millisi Afrika Millətlər Kubokunda növbəti matçına çıxıb.


Sport1.az xəbər verir ki, qrup mərhələsinin ikinci turunda D qrupunda mübarizə aparan kollektiv Botsvana seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Benin yığmasının minimal hesablı – 1:0 qələbəsi ilə yekunlaşıb. Görüşdə vurulan yeganə qol 28-ci dəqiqədə Yoan Roşun aktivinə yazılıb.


“Neftçi”nin üzvü Sessi D’Almeyda matça start heyətində başlayıb və 54-cü dəqiqədə Samadu Attidjikou ilə əvəzlənib. “Sumqayıt”ın futbolçusu Abdul Raşid Mumini isə bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.


Bu nəticədən sonra Afrika yığması D qrupunda 3 xalla üçüncü pilləyə yüksəlib. Botsvana isə hələlik xal toplaya bilməyib və sonuncu sırada qərarlaşıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR