son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

ÇL-də ötən mövsümün ən çox qazanan klubları açıqlandı

Bölmə adı Futbol
Yayımlandı 3-04-2025, 21:10

"Real" UEFA-dan ötən mövsümdə Çempionlar Liqasından ən çox gəlir əldə edən klub olub.

Sport1.az xəbər verir ki, UEFA-nın maliyyə hesabatına əsasən, 2023/24 mövsümündə Çempionlar Liqasının qalibi olan Madrid klubu təxminən 139 milyon avro qazanıb, bunun 14 milyon avrosu televiziya hüquqlarının satışından əldə olunub. Mükafat məbləği üzrə ikinci yeri 122,4 milyon avro ilə PSJ tutub, üçüncü pillədə isə finalda oynayan Dortmund “Borussiya”sı qərarlaşıb (120 milyon avro).

"Mançester Siti" Çempionlar Liqasındakı çıxışına görə UEFA-dan 110,5 milyon avro, "Sevilya"ya qarşı UEFA Superkuboku matçında iştirakına görə isə əlavə 4,5 milyon avro qazanıb. "Barselona"nın ümumi gəliri 98 milyon avro təşkil edib.

Qrup mərhələsini sonuncu pillədə başa vuran "Mançester Yunayted" təxminən 61 milyon avro əldə edib. Ötən mövsüm Çempionlar Liqasında iştirak edən komandalar arasında ən az qazanan klub "Antverpen" olub, onun gəliri 22 milyon avrodan az olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR