son dəqiqə SON DƏQİQƏ

“Finalissima”nın tarixi və məkanı açıqlandı

Bölmə adı Digər turnirlər
Yayımlandı 18-12-2025, 20:11

Avropa və Cənubi Amerikanın son çempionlarını üz-üzə gətirən “Finalissima” matçının vaxtı və keçiriləcəyi məkan açıqlanıb.

Sport1.az xəbər verir ki, İspaniya və Argentina milliləri arasında qarşılaşma 2026-cı il martın 27-də Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda baş tutacaq.

“Finalissima” Avropa çempionu ilə Amerika Kubokunun qalibini bir araya gətirən rəsmi oyundur. Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya isə həmin il Avropa çempionluğunu qazanıb.

Qeyd edək ki, əvvəlki “Finalissima” 2022-ci ildə keçirilmişdi. Həmin oyunda Argentina millisi Londondakı “Uembli” stadionunda İtaliyanı 3:0 hesabı ilə məğlub etmişdi.

Xatırladaq ki, “Lusail” stadionu 2022-ci il Dünya Çempionatının finalına da ev sahibliyi edib. Həmin həlledici oyunda Argentina Fransa ilə əsas vaxtı 3:3 bitən qarşılaşmada penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək Dünya Çempionu olmuşdu.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR