"Sabah" məşqçisinə, "Neftçi" azarkeşlərə görə cərimələndi

Bölmə adı Kubok / Manşet
Yayımlandı 3-04-2025, 13:26

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sport1.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun yarımfinalındakı “Neftçi” – “Sabah” oyununda yaşananlara hüquqi qiymət verilib.

“Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

“Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Sabah” klubu 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR