son dəqiqə SON DƏQİQƏ

Evdə 10-cu, kubokda 30-cu

Bölmə adı Kubok
Yayımlandı 3-04-2025, 10:40

“Araz-Naxçıvan” Azərbaycan kubokunda 30-cu qolunu vurub.

Sport1.az xəbər verir ki, yubiley yarımfinalın “Qarabağ”la ilk oyununa (1:0) təsadüf edib.

Matçdakı yeganə qolun müəllifi olan Felipe Santos Naxçıvan təmsilçisinin 30-cu topuna imza atıb. Bu, klub tarixinin 19-cu kubok görüşünə təsadüf edib.

Felipe həm də “Araz-Naxçıvan”ın 10-cu ev qolunun müəllifi olub. Bu, öz meydanındakı 9-cu qarşılaşmada qeydə alınıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan kubokunda 2000/01 mövsümündə debüt edib.




Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR