
I Liqa təmsilçisi "Şahdağ-Qusar" yeni sponsor tapıb.
Sport1.az-a daxil olan məlumata görə, bölgə klubunu adı bəlli olmayan şirkət maliyyələşdirəcək.
Artıq sənədləşmə işləri gedir. Bundan əlavə, klubun prezidenti də dəyişəcək. Millimizin üzvü Rahid Əmirquliyevi şirkətin rəhbəri əvəz edəcək.
Bu dəyişiklik maliyyə problemi yaradıb. Sənədləşmə prosesi başa çatmadığı üçün AFFA dövlətdən ayrılan vəsaiti kluba keçirə bilmir. Bu səbəbdən də futbolçular oktyabr və noyabr aylarının maaşlarını ala bilməyib.