
Türkiyəli məşhur jurnalist Ertem Şener “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.
Sport1.az xəbər verir ki, səfər çərçivəsində o, 53 yaşlı mütəxəssisə xüsusi hədiyyələr təqdim edib.
Şener Qurbanova üzərində 44 nömrəsi olan, Türkiyə millisinin futbolçuları və baş məşqçi Vinçenzo Montellanın imzaladığı forma, həmçinin imzalı top hədiyyə edib.